Dünyanın ən bahalı iPhone 13 smartfonu təqdim edildi

Rusiyanın “Caviar” onlayn mağazası dünyanın ən bahalı iPhone 13 smartfonunu təqdim edib.

İndex.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Markanın veb-saytında qeyd olunmuş məlumata əsasən, 128 GB operativ yaddaşı olan iPhone 13 Pro Gold Edition 18 karatlıq qızıl korpusdan hazırlanıb.

Cihazın qiyməti 2 725 000 rubl və ya 52 218 AZN təşkil edir. Eyni zamanda saytda smartfonun daha iki versiyası təqdim edilib – 128 GB və 1 TB yaddaşı olan iPhone 13 Pro Max.

Qeyd edək ki, standart iPhone 13 qızıl versiyalarla müqayisədə qat-qat ucuzdur. “Apple” korporasiyası yeniliyi sentyabrda keçirilən təqdimatda nümayiş etdirib. Yenilənmiş iPhone 13 A15 Bionic prosessoru, 4 GB operativ yaddaş və digər bir sıra üstünlüklərə sahibdir.

Daha əvvəl iPhone 13 smartfonlarının MDB ölkələrindəki qiymətləri məlum olub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan