Dövlət xətti ilə ipoteka kreditləşməsi 62% artıb

Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 256,2 milyon manat kredit verilib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62,3% çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə təxminən 4 dəfə artaraq 236,5 milyon manata, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərin məbləği isə 23,1% artaraq 160 milyon manata çatıb.

Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 4 dəfə azalaraq 35,6 milyon manat olub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan