Problemli kreditlərin xüsusi çəkisi 6%-dən aşağı düşüb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il sentyabrın 1-nə 904,2 milyon manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 3,55% azdır.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 1,2% artıb, son 1 ildə isə 15,1% azalıb.

Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 5,8% təşkil edib. Bu nisbət iyulun sonuna və ötən ilin sonuna 6,1%, ötən il iyulun sonuna isə 7,3% olub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan