Üçtəkərli elektrikli avtomobil təqdim edildi - QİYMƏT

Kanadanın “ElectraMeccanica” startapı 2021-ci ilin sonuna qədər 18 500 dollara üçtəkərli birnəfərlik elektrikli avtomobil buraxmağı vəd edib.

İndex.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Birinci mərhələdə istehsal Çində başlayacaq, lakin sonra ABŞ-da genişləndiriləcək. Elektromobil rahat səyahət üçün lazım olan hər şeylə təchiz ediləcək: oturacaqların qızdırılması, audiosistemi və kondisioner.

“Biz bu modelin üçtəkərli olmasına və motosiklet olaraq təsnif edilməsinə baxmayaraq, təhlükəsizliyi təmin etmək üçün çox səy göstərmişik. Ön və arxa əyilmə zonaları, yan zərbələrdən qorunma və digər nüansları nəzərə almışıq”, – deyə “ElectraMeccanica”nın baş direktoru Pol River “Insider”ə verdiyi müsahibədə bildirib.

Onun fikrincə, “Solo” avtomobili elektromobil almaq istəyən, lakin qiymətlərin yüksək olması səbəbindən bunu edə bilməyən insanlar üçün maraqlı olacaq. Eyni zamanda avtomobil kaşerinq və çatdırılma xidməti üçün istifadə ediləcək.

Qiyməti aşağı salmaq üçün startap birbaşa çatdırılma modelini istifadə edəcək. Gələcəkdə “ElectraMeccanica” klassik kabriolet buraxacaq. Qeyd edək ki, Uzaq Şərq sakinləri kütləvi olaraq elektrikli nəqliyyat vasitələrinə keçirlər.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan