Maliyyə Nazirliyi 10 milyon manata yaxın borc aldı

21 sentyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0110002927 ISIN-li, 10 milyon manat həcmində, 2548 gün tədavül müddətli dövlət uzunmüddətli istiqrazlarının (DUİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

İndex.az xəbər verir ki, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 79.0862 AZN (12.0000%) və 101.7395 AZN (7.1795%) olan 21 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.8418 AZN (8.0999%), orta ölçülmüş qiyməti 100.9168 (7.3302%) müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54 milyon 266 min manat yerləşdirilmiş həcmi isə 9 milyon 908 min 100 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 12 sentyabr 2028-ci ildir.

Hərrac iştirakçıları 22 sentyabr 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan