Yeni stansiya nə zaman hazır olacaq?

“Bakı Metropoliteni” QSC-nin Bənövşəyi xətinin üzərində yerləşəcək və şərti adı “B-04” olan yeni stansiyasının nə vaxt hazır olacağını demək çətindir”.

İndex.az xəbər verir ki, bunu qurumun Tikinti departamentinin baş mühəndisi Vəli Musayev deyib.

“Yeni stansiyanı "8 Noyabr" stansiyası ilə birləşdirəcək tunellərin inşaası yekunlaşıb. "Sadəcə müəyyən keçidlər var ki, onların tikintisi həyata keçirilməlidir. Geoloji şəraitlə əlaqədar müəyyən işlər aparılır. Tunelləri qazanda müəyyən məsələlərlə qarşılaşmışıq, ehtimal olunur ki, işin davamında da eyni məsələlərlə qarşılaşacağıq. Bu səbəbdən də tikinti işlərinin yekunlaşacağı vaxtı konkret demək mümkün deyil. Əsas hidrogeoloji çətinliklər qrunt sularının dayanıqsız olması və suyun təzyiqinin yüksək olması ilə əlaqədardır”, - deyə o, qeyd edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan