Əhalinin banklardakı əmanətləri 171 milyon manat artıb

Avqustun 1-nə olan sonuncu məlumata görə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği iyul ayı ərzində 170,5 milyon manat artaraq 8 milyard 605,9 milyon manat təşkil edib.

İndex.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əmanətlərin 55,3 faizi milli, 44,7 faizi isə xarici valyutada qoyulub.

Avqust ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlində 1,70) manata bərabər olub.

Bundan başqa, 1 avro 2 manata (ilin əvvəlində 2,04), 100 türk lirəsi 20,03 manata (ilin əvvəlində 21,28), 100 rus rublu isə 2,31 manata (ilin əvvəlində 2,29) bərabər olub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan