Oktyabrın 1-dən sürücülərdən COVID-19 pasportu tələb olunacaq

"Oktyabrın 1-dən sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülərindən də 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunacaq".

İndex.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, oktyabr ayının 1-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən, COVID-19 pasportu olmayan bütün sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reydlər keçiriləcək.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan