Saratov-Bakı aviareysini bu şirkət yerinə yetirəcək

Rusiyanın Federal Hava Nəqliyyat Agentliyi (Rosaviasiya) "Red Wings" aviaşirkətinə Saratovdan Azərbaycana uçuşlar yerinə yetirməyə icazə verib.

İndex.az xəbər verir ki, "Rosaviasiya"nın məlumatına görə, aviaşirkətə həftədə bir dəfə olmaqla "Qaqarin" hava limanından Bakıya uçuşlar həyata keçirməyə icazə verilib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan