Bu ölkəyə ilk gələnlərə viza pulsuz olacaq

Hindistan koronavirusla bağlı vəziyyətin sabitləşdiyini elan edib və ölkəni xarici turistlərə açmağa hazırdır.

İndex.az xəbər verir ki, səlahiyyətlilər konkret tarixi və şərtləri müzakirə edirlər. Yaxın 10 gündə ölkənin sərhədlərini açması planlaşdırılır.

Açılış mərhələli olacaq. Ölkə ilk olaraq 500 min nəfər buraxmağa hazırdır, onlar üçün vizalar pulsuz olacaq.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan