Rusiya banklarının xalis mənfəəti ikiqat artıb

Rusiya bankları 2021-ci ilin yanvar-avqust aylarında 1,7 trilyon rubl xalis mənfəət əldə ediblət. İlin sonuna qədər bu rəqəm 2,5 trilyon rubla çata bilər.

"Səkkiz ayın nəticələrinə görə, bank sektorunun xalis mənfəəti 1,7 trilyon rubl təşkil edib, cari artım tempini qoruyur, illik mənfəət rekord olaraq 2,5 trilyon rubla çata bilər", - , Rusiya Mərkəzi Bankından bildirilib.

İndex.az xəbər verir ki, bankların avqust ayında xalis mənfəəti 244 milyard rubl təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə (229 milyard rubl) 7% çoxdur.

Mənfəət əldə edən bankların sayı bir ay ərzində 249-dan 259-a yüksəlib.

Rusiya Federasiyasının bank sektorunun 2020-ci ilin yanvar-avqust aylarında xalis mənfəəti 933 milyard rubl təşkil etmişdi.

Daha əvvəl Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina, ehtiyatlara aşağı xərclər (ayırmalar) səbəbindən 2021-ci ildə sektorun xalis mənfəətinin rekord səviyyədə olacağını bildirmişdi. Nabiullina qeyd etmişdi ki, banklar rekord mənfəətin bir hissəsini yenilik etmək üçün istifadə edə bilərlər.




Marja

Bizi Facebook-da izləyin: INdexAzerbaijan