Bu ərazidəki binalar təhlükəli vəziyyətdədir - VİDEO

2018-ci ildə prezident İlham Əliyevin açılışını etdiyi Yasamal Yaşayış Kompleksindəki binalarda problemlər yaranıb.

İndex.az Azadlıq radiosuna istinadən xəbər verir ki, sakinlər binaların zirzəmilərinə dolan qrunt sularından və divarlarda yaranan çatlardan şikayətlənirlər.

Buradakı binaları Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) müəyyən kateqoriyalı ailələrə güzəştli şərtlərlə, müsabiqə üsulu ilə verib. Qısa müddət ərzində agentliyin saldığı yaşayış massivindəki binalarda problelmər yaranıb. Digər küçələrdən kompleksin həyətinə axıdılan sular, atılan tullantılar sakinləri narahat edir. Yarımçıq çəkilmiş asfalt yol isə insanların gediş-gəlişini çətinləşdirir. Binaların zirzəmiləri qrunt suları ilə dolub. Sakinlər qiymətlərdən və kompleksin şəhərə yaxınlığından razıdırlar. Ancaq binaların inşaasından narahatdırlar.

MİDA-dan bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan