Avropada qazın qiyməti 900 dolları ötdü

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 900 ABŞ dollarını ötüb.

İndex.az xəbər verir ki, bu barədə "APA-Economics" ICE London qitələrarası birjasının məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, 20 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti 900 dolları ötüb.

Xatırladaq ki, ötən həftə Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 950 dollar həddini ötüb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan