Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

İndex.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-22° isti, gündüz 26-29° isti, Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacaq.

Atmosfer təzyiqi 761mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70%, gündüz 40-45%olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan