Bu ölkə pulsuz olaraq yarım milyon turist vizası verəcək

Hindistan yaxın 10 gündə xarici turistlərin ölkəyə səyahətinə qoyulan məhdudiyyətləri aradan qaldıracaq.

İndex.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

“Mərkəzi hökumət xarici turistləri yenidən qarşılamaq üçün addımlar atır”, – deyə Hindistanın Baş naziri Narendra Modi Qoa ştatının səlahiyyətlilərinə verdiyi açıqlamada qeyd edib. O, 500 000 turist vizasının əcnəbilərə pulsuz olaraq veriləcəyini vurğulayıb.

Rəsmi rəqəmlərə görə, Qoa sakinləri ən azı bir doz peyvənd vurdurub. Hindistanın Baş naziri qeyd edir ki, yeni mövsümdə turizm məhdudiyyətsiz ola bilər.

Nəşrin vurğuladığı kimi, pulsuz vizalar turistləri cəlb etməlidir. Agentliyə görə, pulsuz viza proqramı 31 mart 2022-ci ilə qədər davam edəcək.

Bu gün elektron turist vizasının orta qiyməti 25 dollar, illik – 40 dollardır. Proqram Hindistan hökumətinə 800 milyon rupi (10.8 milyon dollar) qiymətinə başa gələcək.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan