Qanunsuz sərnişin daşıyanlar cərimələndi

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarı ila həftə sonları – şənbə va bazar günləri şəhərlərarası-rayonlararası və şəhərdaxili-rayondaxili sərnişindaşıma fəaliyyatinə qadağaların qoyulmasına baxmayaraq, bəzi şəxslər fəaliyyət göstərməsinə qarşı tədbirlər davam etdirilir.

İndex.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYP) Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları kiçik tutumlu avtobuslarla, eləcə də oturacaqlarının sayı sürücü oturacağından başqa 9-dək olan mikroavtobus tipli taksi minik avtomobilləri ilə şəhərlərarası – rayonlararası qanunsuz sərnişindaşımalarını həyata keçirilməsinə qarşı monitorinq keçirib.

Monitorinq zamanı qərb rayon və şəhərlərindən paytaxt Bakıya, eləcə də Respublikanın digər şəhər və rayonlarına tanınma nişanları, taksometr və digər məlumat göstəriciləri olmadan, eləcə də pandemiya ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş tibbi tələblərə (fərdi qoruyucu vasitələrdən istifadə edilməsi, sosial məsafənin qorunması məqsədilə sürücü ilə sərnişinin təmasına maneə olan şəffaf arakəsmələrin quraşdırılması və s.) riayət edilmədən sərnişin daşımaları aşkar edilib.

Polis əməkdaşları vətəndaşlar ilə bir daha profilaktiki söhbətlər apararaq onlara mövcud qanunların tələblərini izah edib. Aşkar edilən faktlar üzrə 16 nəfər şəxs barəsində inzibati protokol tərtib edilib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan