Strateji valyuta ehtiyatlarımız 53 milyard dolları keçdi

Azərbaycanın strateji valyuta ehtiyatları 8 ayda 4,8% və ya 2,4 milyard dolları artaraq 53,2 milyard dolları səviyyəsinə yüksəlib.

İndex.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, bu dövrdə Mərkəzi Bankın ehtiyatları 10,6% artaraq 7 milyard dollar üstələyib. Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasında Beynəlxalq Valyuta Fondu tərəfindən SDR-in (Xüsusi Borcalma Hüququ) bölüşdürülməsi zamanı kvota çərçivəsində Azərbaycana ayrılan vəsaitin ölkə hesabına daxil olması əhəmiyyətli rol oynayıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan