Ölkədə taksi istifadəçilərinin sayı ikiqat artıb

Bu ilin 8 ayında Azərbaycanda avtobuslarla 651 milyon 803.9 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 12.9% azdır.

İndex.az xəbər verir ki, Dövlət Statistika Komitəsində verilən məlumata görə, 2020-ci ilin yanvar-avqust aylarında avtobus nəqliyyatı ilə 748 min 737.9 min sərnişin daşınıb.

Məlumata görə, hesabat dövründə minik taksilərindən 61 milyon 774.6 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 2 dəfədən çoxdur. Belə ki, 2020-ci ilin yanvar-avqustunda taksi xidmətlərindən 28 milyon 930 min nəfər istifadə edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan