Şuşa "Türk dünyasının mədəniyyət paytaxtı"na namizəd olacaq

Mədəniyyət naziri Anar Kərimov Özbəkistanın Xiva şəhərində nazirlərin 38-ci iclasında Şuşanın 2023-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyini təqdim edib.

İndex.az xəbər verir ki, bu barədə A.Kərimov özünün rəsmi tvitter səhifəsində paylaşım edib.

"Özbəkistanın Xiva şəhərində nazirlərin 38-ci iclasında iştirak etdim və ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi-mədəni abidələrin dağıdılmasından və Vətən müharibəsindən danışdım", - nazir vurğulayıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan