"Qazprom" bu il Avropaya 180 milyard kubmetrdən çox qaz ixrac edəcək

Rusiyanın "Qazprom" şirkəti bu il Avropaya 183 milyard kubmetr qaz ixrac etmək niyyətindədir.

İndex.az xəbər verir ki, Rusiya mətbuatının verdiyi məlumata görə, bu barədə "Qazprom"un İdarə Heyətinin sədrinin müavini Famil Sadıqov bildirib.

Qeyd olunur ki, bu il Avropaya ixrac etmək üçün nəzərdə tutulan qaz həcmləri ötən illə müqayisədə 6 milyard kubmetr çoxdur.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan