Bu il qlobal avtomobil istehsalı 6,2% azalacaq

Bu ilin nəticələrinə görə dünya üzrə minik avtomobillər istehsalı proqnozla müqayisədə 6,2% azalaraq 75,8 milyon ədədə düşəcək.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, “IHS Markit”in analitiklərinin hesablamalarına görə, 2021-ci ilin ötən dövrü ərzində minik avtomobillərin istehsalı artıq 7,1 milyon ədəd azalıb.

Avtonəqliyyat vasitələrinin istehsalı ilə bağlı problemin əsas səbəbi qlobal çip çatışmazlığıdır. Hələ davam edən üçüncü rübün nəticələrinə görə istehsal 2,1 milyon ədədl azalma proqnozuna qarşı artıq 3,1 milyon ədəd azalma qeydə alınıb. Dördüncü rübdə elektron komponentlərin təchizatı ilə bağlı problemlərin zəifləməyəcəyi gözlənilir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan