Bu ölkəyə girişlə bağlı məhdudiyyətin müddəti uzadıldı

Finlandiya hökuməti koronavirus pandemiyası ilə bağlı bir sıra ölkələrdən gələnlər üçün qüvvədə olan məhdudiyyətlərin müddətini uzadır.

İndex.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, əsasən Avropa İttifaqına üzv olmayan ölkələrdən olan turist səfərlərilə bağlı sentyabrın 19-dək tətbiq olunmuş məhdudiyyətlərin müddəti 10 noyabr tarixinədək qüvvədə olacaq.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan