Azərbaycan mobil internetin sürətinə görə neçənci yerdədir?

Bu ilin avqust ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünya ölkələri arasında 1 pillə geriləyərək 124-ci yerdə qərarlaşıb.

İndex.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 25,36 MB/S olub.

Hesabatda qeyd edilir ki, ölkəmiz mobil internetin sürətinə görə də 4 pillə irəliləyib və 39,25 MB/S sürətlə 62-ci pillədə qərarlaşıb.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı siyahıda 180 ölkənin adı var. Birinci yerdə Sinqapur (262,20 MB/S), sonuncu yerdə isə Kuba (3,46 MB/S) qərarlaşıb.

Mobil operatorlarla bağlı siyahıda isə Birləşmiş Ərəb Əmirlikləri 195,52 MB/S sürətlə birinci, Əfqanıstan isə 7,07 MB/S sürətlə sonuncu 140-cı yerdə qərarlaşıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan