Ölkəyə 490 milyon dollarlıq avtomobillər idxal edilib

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycana $571 milyon 757,8 min dəyərində (artım 43,1%) 56,361 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

İdxal olunan avtomobillərin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 69,9% artıb.

Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $490 milyon 97,93 min dəyərində (artım 40,7%) 52,488 min ədəd avtomobil (artım 69,2%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $1 milyon 846,4 min dəyərində 55 ədəd elektrokar və $44 milyon 819,96 min dəyərində 7,234 min ədəd hibrid avtomobil gətirilib.

Bundan başqa, yanvar-avqust aylarında ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $55 milyon 825,7 min dəyərində 3,675 min ədəd motorlu nəqliyyat vasitəsi (artım 87,5%), o cümlədən $8 milyon 943,7 min dəyərində 75 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 10,7%) gətirilib.

O cümlədən, hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $16 milyon 890,47 min dəyərində 123 ədəd motorlu nəqliyyat vasitəsi (artım 13,9%) gətirilib.

2020-ci ildə Azərbaycana $647 milyon 596,79 min dəyərində 53,729 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan