Ölkəyə “ağ qızıl”dan 180 milyon dollardan çox valyuta daxil olub

Bu ilin 8 ayında Azərbaycandan 94 min 358 ton pambıq lifi göndərilib.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

2021-ci ilin yanvar-avqust aylarında ixrac edilən pambıq lifinin dəyəri 145 milyon 65 min ABŞ dolları olub.

Ötən ilin eyni aylarında ölkədən 77 milyon 629 min dollarlıq 58 min 165 ton pambıq lifi ixrac edilib. Belə ki, pambıq lifinin ixracı dəyər ifadəsində 87%, miqdar ifadəsində isə 62.2% artıb.

Onu da qeyd edək ki, 8 ay ərzində Azərbaycandan 35 milyon 88 min dollarlıq 12 min 249 ton pambıq ipliyi ixrac edilib. 2020-ci ilin müvafiq dövründə isə pambıq iplik 11 milyon 307 min dollar vəsait gətirmişdi və ixrac olunmuş məhsulun həcmi 5 min 489 ton olmuşdu. İllik müqayisədə ixrac edilən pambıq ipliyin dəyəri 3 dəfə, miqdarı isə 2.2 dəfə artıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan