iPhone 12 Pro və XR modelləri satışdan götürüldü

“Apple”ın onlayn mağaza saytında iPhone 12 Pro, 12 Pro Max və XR modelləri satışdan götürülüb. Bu, şirkətin sonuncu təqdimatından sonra baş verib.

İndex.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Hazırda saytda yalnız iPhone 13 və 13 Pro, 12 və 12 mini. SE və 11 təqdim olunub.

iPhone 12 Pro və 12 Pro Max 2020-ci ilin oktyabr ayında təqdim edilmişdi. Smartfonlar əsasən ekran ölçülərinə görə bir-birindən fərqlənirlər – 6.1 və 6.7 düym. iPhone 12 ilə müqayisədə bu modellərdə operativ yaddaş daha böyükdür. iPhone XR hələ 2018-ci ildə təqdim edilmişdi. Bu smartfon daha ucuz model sayılır.

Qeyd edək ki, “Apple” iPhone 12 Pro, 12 Pro Max və XR modellərinin istehsalını dayandırdığını və ya satışdan götürdüyünü rəsmi olaraq açıqlamayıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan