Xarici ticarət dövriyyəsinin müsbət saldosu 75% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 20,285 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,4% çoxdur.

Ötən 8 ayda xarici ticarət dövriyyəsinin 12,935 milyard dolları ixracın, 7,35 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 30,9%, idxal isə 9,85% artıb.

Son nəticədə xarici ticarətdə 5,586 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 75,1% çoxdur.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan