İnformasiya və rabitə xidmətlərinin məbləği 6%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı informasiya və rabitə müəssisələri 1,5 milyard manatlıq xidmət göstərib.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1% çoxdur.

8 ay ərzində göstərilmiş xidmətlərin 75%-i əhali sektoruna aid olub, 81%-i qeyri-dövlət sektorunun payına düşüb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan