İngiltərədə inflyasiya doqquzillik maksimuma çatıb

Böyük Britaniyada avqust ayında istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 3,2% artıb. Bu, ölkədə 2012-ci ilin mart ayından bəri qeydə alınan ən yüksək illik inflyasiya səviyyəsidir.

İndex.az xəbər verir ki, Britaniyada aylıq inflyasiya avqustda 2% təşkil edib. Ölkənin Milli Statistika İdarəsinin rəsmisi Conatan Asou (Jonathan Athow) bildirib ki, dövlətin restoranlara və digər iaşə obyektlərinə “Kömək etmək üçün yeyin” (“Eat Out to Help Out”) layihə təklifi sahəsində qiymətlərin artımı müvəqqəti xarakter daşıyacaq və ötən ildə olduğu kimi inflyasiya yavaşlayacaq.

Qeyd edilir ki, neftin yüksək qiyməti, qlobal tədarük problemləri və nəqliyyat vasitələri üçün bəzi malların çatışmazlığı Böyük Britaniyada inflyasiyaya artırıcı təsir göstərib.

Xatırladaq ki, İngiltərə Bankının (“Bank of England”) proqnozlarına görə, Böyük Britaniyada 2021-ci ildə illik inflyasiya 4% təşkil edəcək.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan