TRACECA-nın Azərbaycan hissəsində tranzit daşımalar 7%-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizinin Azәrbaycan hissәsindә daşınmış yüklәrin hәcmi 23 milyon 670,3 min ton, yük dövriyyәsi isә 5 milyard 585,9 milyon ton/km olub.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü müqayisədə 810,2 min ton və yaxud 3,3% azdır.

Son 1 ildə yük dövriyyəsi isə 35,8 milyon ton/km və yaxud 0,6% çoxdur.

Hesabat dövründə yüklərin 13 milyon 308,6 min tonu və yaxud 56,2%-i avtomobil nəqliyyatı, 7 milyon 679,3 min tonu və ya 32,5%-i dəmir yolu nəqliyyatı, 2 milyon 682,4 min tonu və yaxud 11,3%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 22,4%-ni və yaxud 5 milyon 311,4 min tonunu tranzit yüklər təşkil edib ki, bu da illik müqayisədə 355,8 min ton və yaxud 7,2% çoxdur.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan