Ölkədə işsizlik 6.2%-ə düşdü

Azərbaycanda rəsmi olaraq işsizlərin sayı 1 sentyabr 2021-ci il tarixinə 6.22%-ə düşüb.

İndex.az buu barədə rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, ölkədə işsizlərin sayı 329.2 min nəfər təşkil etmişdir. Bu da son ayla müqayisədə 3.5% azalma dinamikasıdır.

Dövlət Statistika Komitəsinə görə, ötən ayda 6.45%, ilin əvvəlində Azərbaycanda işsizlik səviyyəsi 7.16% olub, yəni həmin zamanda 375.9 min işsiz əhali var idi.

1 sentyabr 2021-ci il tarixinə ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 294.6 min nəfər, işlək əhalinin sayı isə 4 milyon 965.4 min nəfərdir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan