Hava nəqliyyatı ilə sərnişin və yük daşıma artıb

Bu ilin yanvar-avqust aylarında hava nəqliyyatı ilə 687,2 min sərnişin daşınıb.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,9% çoxdur.

Daşımaların 99,3%-i dövlət, 0,7%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1% artaraq 318,9 min ton olub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan