Avropada təbii qazın qiyməti ilk dəfə 840 dolları keçdi

Avropada qazın qiyməti hər 1 000 kubmetrinin qiyməti 840 ABŞ dollarını keçərək yeni rekord müəyyən edib.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, Avropanın ən likvid habı hesab olunan TTF indeksi üzrə oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti bu gün ticarət sessiyasının gedişatında 1 000 kubmetr üçün 842,5 ABŞ dollarına çatıb.

Beləliklə “mavi yanacağ"ın qiyməti ardıcıl olaraq 3-cü gündür ki, tarixi maksimumları yeniləyir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan