Minik avtomobili istehsalı artıb

Azərbaycanda 2021-ci ilin ilk 8 ayında istehsal edilən minik avtomobillərinin sayı 1 214 ədəd olmaqla öncəki ili 3.8% üstələyib.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilir.

İstehsal edilmiş minik avtomobillərinin 274 ədədi avqust ayının payına düşür və bu da cari ildə ən yüksək göstəricidir. Amma son illərdə isə aylıq ən yaxşı nəticə 2020-ci ilin dekabrında 307 ədəd olmaqla qeydə alınmışdı.

Anbarlarda olan avtomobillərin sayı isə 239 olmağı onu göstərir ki, bunlardan yalnız 176 ədədi satışa yönəldilmişdir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan