“Facebook” işçiləri nə qədər maaş alır?

“Facebook” işçiləri ildə 100 min dollardan yüksək əməkhaqqı alır.

İndex.az “Secretmag”a istinadən xəbər verir ki, bu barədə “Business Insider” yazır. Bununla yanaşı, şirkətin baş direktoru Mark Zuckerberg isə ildə cəmi 1 dollar qazanır.

2021-ci ildə Zuckerbergin aktivləri 134 milyard dollara yüksəlib. Bunun səbəbi “Facebook” səhmlərinin dəyərinin artması olub. Nəşrdə qeyd olunur ki, şirkətdə ən yüksək əməkhaqqı inkişaf və marketinqlə məşğul olan işçilər alır.

“Facebook”un ən varlı top-menecerləri sosial şəbəkənin baş direktoru Şeril Sandberq və daxili reklam agentliyinin rəhbəridir. Onlardan hər biri ildə 330 min dollar qazanır. Texniki direktor Mayk Şrepfer ildə 360 min dollar alır.

Qeyd edək ki, əməkhaqqının səviyyəsi həm də işçinin yaşadığı ştatdan asılıdır. Məsələn, Kaliforniyada data-analitik 130 – 150 min dollar, Texasda isə 111 – 128 min dollar qazanır. Nyu-Yorkda çalışan mühəndis-proqramçı ildə 160 min dollar, Texasda yaşayan mütəxəssis isə 118 min dollar alır.

“Business Insider” mümkün əməkhaqqı aralığına malik olan ixtisasların siyahısını tərtib edib. Bununla yanaşı, siyahıda ən çox data-mühəndislər və mühəndis-proqramçılar yer alıb. Əməkhaqqına qazanılan qrantlar daxil edilməyib, həmçinin mütəxəssisin təcrübəsi nəzərə alınmayıb.

“Facebook” işçilərinin əməkhaqqı aşağıdakı kimidir:

100 – 223 min dollar – data-mühəndisi;

150 – 280 min dollar – alim-tədqiqatçı;

200 – 274 min dollar – texniki mühəndis;

150 – 253 min dollar – maliyyə meneceri;

105 – 221 min dollar – məhsulun dizayneri;

110 – 185 min dollar – təhlükəsizlik meneceri;

170 min dollar – kopirayter.

Yüksək vəzifəli işçilərin əməkhaqları:

262 min dollar – dövlət siyasəti üzrə direktor;

332 min dollar – Latın Amerikasındakı agentliyin direktoru;

290 min dollar – əyləncə sahəsindəki münasibətlər üzrə direktor;

250 min dollar – strateji məsləhətçi;

276 – 359 min dollar – texniki direktor.

Xatırladaq ki, daha əvvəl “Tesla” və “SpaceX” şirkətlərinin direktoru İlon Maskın aldığı əməkhaqqı açıqlanmışdı. 2020-ci ildə sahibkarın əməkhaqqısı 0 dollar təşkil edib. 2019-cu ildə milyarder şirkətdən 23 760 dollar alsa da, ödənişləri dayandırmağı xahiş edib. Buna baxmayaraq, İlon Mask hələ də ABŞ-ın ən yüksək gəlirli CEO-su olaraq qiymətləndirilir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan