Neft məhsullarının istehsalı 9% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 2 milyard 881,7 milyon manatlıq neft məhsulları istehsal edilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% çoxdur.

Hesabat dövründə ölkədə 804,3 min ton həcmində avtomobil benzini, 1 milyon 679,8 min ton dizel yanacağı, 35,7 min ton sürtkü yağları, 237,2 min ton neft bitumu istehsal edilib.

Son 1 ildə avtomobil benzinin istehsalı 2,5% azalıb, dizel yanacağının istehsalı 12,5%, sürtkü yağlarının istehsalı 66,8% artıb.neft bitumunun istehsalı isə 7,4% artıb.

Həmçinin, bu ilin 8 ayında ölkədə 279,7 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 336 min ton ağ neft, 31,1 min ton yanacaq mazutu 176,1 min ton neft koksu istehsal edilib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 72,8%, neft koksunun istehsalı 21,3% artıb, ağ neftin istehsalı 0,2%, yanacaq mazutunun istehsalı 26,3% azalıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan