iPhone 13 təqdim edildi - QİYMƏT

“Apple” şirkəti yeni iPhone 13 modellərini təqdim edib.

İndex.az “Haberler.com”a istinadən xəbər verir ki, yeni iPhone modellərinin qiyməti fərqli aralıqdadır.

Belə ki, iPhone 13 modeli 899$, mini iPhone 13 modeli isə 699$-dır. Daha yüksək keyfiyyətə malik iPhone 13 Pro 999$, iPhone Pro Max isə 1099$-a satışa çıxarılıb.

iPhone 13 və iPhone 13 mini
Görünüşündə fərqli kiçik dəyişikliklərə də sahib olan iPhone 13, daha kiçik bir çentik və 5 fərqli rəng seçimi ilə qarşımıza çıxır. Yeni prosessor 6 nüvəli A15 Bionic ilə təchiz ediləcək cihaz, əvvəlki modeldən 50 faiz daha sürətli və 30 faiz daha sürətli qrafik performansı göstərəcək. Hər iki modelin də yaddaşları 128GB, 256GB, 512 GB olan variantları təqdim olunub.


iPhone 13 Pro və iPhone 13 Pro Max
A15 Bionic prosessoru ilə təchiz ediləcək iPhone 13 Pro və iPhone 13 Pro Max, istifadəçiləri Super Retina XDR və 1000 nit parlaqlıq ekranı ilə qarşılayır. Bundan əlavə, modellərdə 3x optik zoom, makro çəkiliş və həm video, həm də fotoqrafiya üçün gecə rejimi var. İPhone 13 pro modeli 6.1 ekrana sahib olacaq, Pro Max modeli isə 6.7 düym olacaq.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan