Xaricdən investisiya qoyuluşu 12%-dən çox azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 924,4 milyon manat vəsait yönəldilib.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1% azdır.

Bu ilin ilk 8 ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 732 milyon manatı (93,4%-i) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan