Maliyyə Nazirliyi daha 15 milyon manat vəsait cəlb edib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106029884 ISIN-li, 10 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

İndex.az xəbər verir ki, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 95.999 AZN (7.0017%) və 102.7773 AZN (4.4999%) olan 19 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.7109 AZN (4.8800%), orta ölçülmüş qiyməti 102.2370 (4.6919%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 72,928,300 manat yerləşdirilmiş həcmi isə 15,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 10 sentyabr 2024-cü il.

Hərrac iştirakçıları 15 sentyabr 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan