“Xiaomi” ilk “ağıllı” eynəyinin konseptini təqdim edib – VİDEO

“Xiaomi” ilk “ağıllı” eynəyinin konseptini təqdim edib.

İndex.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Şirkətin verdiyi məlumata görə, “Xiaomi Smart Glasses” adlanan bu cihaz smartfona qoşulmadan işləyəcək, bildirişlər və naviqasiya kimi funksiyaları dəstəkləyəcək.

İçindəki displeyə baxmayaraq, eynəyin çəkisi cəmi 51 q-dır. Bunun üçün “Xiaomi” yeni “MicroLED” texnologiyasından istifadə edib. “Ağıllı” eynəyin daxilinə quraşdırılmış çip 2.4 * 2.02 ölçüsündədir.

Solda 5MP-lik kamera yerləşdirilib. İstifadəçi foto çəkə, sonra isə üzərindəki mətni tərcümə edə biləcək. Cihaza quraşdırılmış mikrofon nitqi real vaxt rejimində tərcümə edir.


Eynəklər dörd nüvəli “ARM” prosessoru, akkumulyator, sensorlu panel, Wi-Fi/Bluetooth modulu və “Android” əməliyyat sistemi ilə təchiz edilib.






Banker

Bizi Facebook-da izləyin: INdexAzerbaijan