Rubl dünyanın ən populyar 20 valyutası sıyahısına daxil olub

SWIFT banklararası köçürmə sisteminin İyul ayı məlumatlarına görə, 2016-cı ilin dekabrından bəri ilk dəfə olaraq, Rusiya rublu, beynəlxalq ödənişlərdə 0,18% pay alaraq dünyanın ən populyar 20 valyutası siyahısına daxil olub.

İndex.az xəbər verir ki, SWIFT-ə görə, iyul ayında rubl Macarıstan forintini ilk 20-dən çıxarıb, lakin Meksika pessosu və Yeni Zelandiya dollarına uduzub.

Bundan əvvəl, Rusiya Rublu 2016-cı ilin dekabr ayında 0,26% payla populyar dünya valyutaları siyahısında yer almışdı.

Eyni zamanda, reytinq liderləri hələlik dəyişməz olaraq qalır. İyulda ənənəvi olaraq birinci yeri ABŞ dolları tutub (39.38%), həm illik, həm də aylıq nisbətdə payı bir qədər azalıb. İkinci yerdə isə avrodur (38.43%). Avropa valyutasının payı illik müqayisədə 5 bənd artıb, ancaq aylıq olaraq bir qədər azalıb. Üçüncü yeri ənənəvi olaraq 5,99% payla İngilis funtu tutur. İlk 5-liyə Yapon yeni (2.74%) və Çin yuanı (2.19%) da daxildir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan