Cari əməliyyatlar balansının qalığı 3 dəfədən çox artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 1 878,4 milyon ABŞ dolları qalıq yaranıb.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur.

Məlumata görə, yarımillik qalıq xarici ticarət balansındakı 3 518,9 milyon dollarlıq qalıq (illik müqayisədə 53,9% çox), xidmətlər balansındakı 1 300,5 milyon dollarlıq kəsir (2,1% az), ilkin gəlirləri balansındakı 558,4 milyon dollarlıq kəsir (10,4% çox) və təkrar gəlirlər balansındakı 218,4 milyon dollarlıq qalıq (50,1% çox) hesabına formalaşıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan