"Google" yenə cərimələndi

Cənubi Koreyanın antiinhisar üzrə nəzarət orqanı (KFTC) Google-u iri məbləğdə cərimələyib.

İndex.az xəbər verir ki, qurum mobil əməliyyat sistemləri və tətbiqi proqramlar bazarındakı mövqeyindən sui-istifadə etdiyinə görə Google-a 207,4 milyard von (176,8 milyon dollar) cərimə kəsib.

Əsas səbəb Google-un onunla işləyən mobil cihaz istehsalçılarına Android əməliyyat sisteminin modifikasiya olunmuş versiyasını və ya bənzər sistem yaratmağa imkan verməməsidir. Google istehsalçılarla bağladığı müqavilələrdə onlara öz əməliyyat sistemini qurmağa və ya başqa əməliyyat sistemlərindən istifadə etməyə də qadağa qoyur. Bu isə, KFTC-nin mövqeyinə görə “innovasiyalara zərər vurur və Google-un inhisarçı mövqeyini möhkəmləndirir”.

Android əməliyyat sisteminin əsas modifikasiyalarından biri - HarmonyOS hazırda ABŞ-ın sanksiyalar siyahısında olan Çin şirkəti Huawei tərəfindən hazırlanıb. Android sistemi əsasında mobil cihazların ən böyük istehsalçısı - Samsung isə Cənubi Koreyada yerləşir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan