"Cəfər Cabbarlı" stansiyasında işlər nə zaman başa çatacaq?

"Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" stansiyasında əsaslı təmir və yenidənqurma işləri çərçivəsində stansiyanın konstruksiyasının mühafizəsinin gücləndirilməsi məqsədi ilə 3 istiqamətdə tədbirlər həyata keçirilir.

İndex.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, stansiyada işlər yaxın bir ayda başa çatacaq: "Birinci istiqamət üzrə yeni kommunikasiya xətlərinin çəkilməsi və drenaj sisteminin qurulması ilə bağlı işlərin 70%-i yerinə yetirilib. Eyni zamanda 2-ci istiqamət - yerüstü təbəqədə yaradılan izolyasiya qatı ilə bağlı işlərin 50%-i tamamlanıb. 3-cü vacib istiqamət olan stansiya üzərində döşəmə daşlarının düzülməsi ilə bağlı işlərin isə 30%-dən çoxu yekunlaşıb. Bütün işləri yaxın 1 ayda tamamlamağı planlaşdırırıq".

Bizi Facebook-da izləyin: INdexAzerbaijan