“WhatsApp”da səsli mesajları mətnə çevirmək olacaq

“Apple” smartfonları “WhatsApp” messencerində səsli mesajları mətnə ​​çevirə bilmə imkanı əldə edəcək.

İndex.az xəbər verir ki,funksiya onlayn rejimdə işləyəcək, istifadəçinin özü mətnə ​​çevrilməli olan hissəni özü seçəcək.

Səsli mesajlar üçün yeni seçim “Apple”ın nitqi tanıma texnologiyasına əsaslanacaq.

Xüsusiyyət “Apple” cihazları üçün eksklüziv olacaq. Hələ ki, funksiya mesajlaşma tətbiqinin beta-testçiləri üçün əlçatan olacaq.

Yeniliyin “Android” cihazlarında nə zaman işləyəcəyi barədə məlumat verilməyib.

“WhatsApp”da səsli mesajları mətnə çevirmək olacaq

Bizi Facebook-da izləyin: INdexAzerbaijan