“5/36” tirajlı lotereyasında 35.655 manatlıq “Cek Pot” uduldu

“Azərlotereya” ASC-nin təşkil etdiyi “5/36” tirajlı lotereyasında Bakı şəhər sakini Paşa Sadıqov 35.655 manatlıq “Cek Pot” qazandı. 3 sentyabr 2021-ci tarixində “Azərlotereya” ASC tərəfindən təşkil olunan “5/36” lotereyasının növbəti tirajı keçirlib. “5/36” tirajlı lotereyasının 3317-ci tirajı iştirakçılardan biri üçün çox şanslı olub.

İndex.az xəbər verir ki, toplanan “Cek Pot” məhz bu dəfə öz sahibini tapıb. 35.655 manat təşkil edən “Cek Pot” pul mükafatı 053873 nömrəli biletin sahibi Sadıqov Paşa Sadıq oğlu tərəfindən qazanılıb. Bizimlə sevincini bölüşən Paşa Sadıqov uzun illərdir lotereya oynadığını, ancaq ilk böyük uduşunun bu dəfə olduğunu deyir.

“Hər dəfə iki və ya üç manatlıq lotereya alıram. Əvvəllər kiçik uduşlara sahib olmuşam. Bu dəfə isə bəxtim daha çox gətirdi, 35.655 manat qazandım. Pulu
evimizin təmirinə və digər ehtiyaclara xərcləyəcəyəm. Qalan məbləği isə gələcək üçün saxlamaq fikrim var.” - Sadıqov söylədi.

Xatırladaq ki, "5/36" tirajlı lotereyasında “Cek Pot” axırıncı dəfə 06 avqust 2021-ci ildə keçirilən 3297-ci tirajda udulmuşdu. O zaman udulan pul mükafatı 36.512 manat təşkil etmişdi. “5/36” tirajlı lotereyasının biletlərini lotereya satış məntəqələrindən və www.azerlotereya.com internet səhifəsindən əldə etmək olar. “Azərlotereya” ASC tərəfindən təşkil olunan lotereyalar həftəiçi hər gün “Space” televiziyası ilə 21.00-da yayımlanır. 18 yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan