SOCAR şəhid ailələri və qazilərə sahibkarlığa başlamaq üçün yardım edəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və onun Cənubi Qafqaz Boru Kəməri üzrə tərəfdaşlarının maliyyələşdirdiyi “ProFarms” layihəsi çərçivəsində vətəndaşları məlumatlandırmaq məqsədilə Ağdaş, Ucar və Yevlax rayonlarında 20 kənddə icma görüşləri təşkil olunub.

İndex.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.

Məlumata görə, Ağdaş, Ucar, Yevlax rayonlarında 20 kəndi və 200 fərdi fermer təsərrüfatını əhatə edən “ProFarms” çərçivəsində şəhid ailələri, Vətən müharibəsi qaziləri, ehtiyatda olan hərbçilər, aztəminatlı ailələr və təqaüdçülərə mikro sahibkarlığa başlamaq üçün müxtəlif növ yardımlar göstəriləcək.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan