Gürcüstanın xarici ticarət dövriyyəsi 22%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 8 678,3 milyon ABŞ dolları təşkil edib.

Index.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,2% çoxdur.

Hesabat dövründə qonşu ölkənin ixracının dəyəri 25,7% artaraq 2 605,5 milyon dollar, idxalının dəyəri isə 20,7 % artaraq 6 072,9 milyon dollar olub.

Son nəticədə xarici ticarətdə 3 467,4 milyon dollarlıq kəsir yaranıb ki, bunun da ümumi xarici ticarət dövriyyəsindəki payı 40%-dir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan