Mobil rabitə sektorunun gəlirləri 7%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 638,1 mln. manat təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42,5%-ni təşkil edib.

"Cari ilin ilk səkkiz ayında informasiya və rabitə müəssisələri tərəfindən 1499,8 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 74,9%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 6,1% artıb", - komitədən bildirilib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan