Bu ölkə COVID-19 pasportu tətbiq etməyəcək

Böyük Britaniya hakimiyyəti İngiltərədə gecə klublarına və genişmiqyaslı tədbirlərə daxil olmaq hüququ verən peyvənd pasportlarını tətbiq etməkdən imtina edib.

İndex.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə naziri Sacid Cavid bildirib.

"Sadəcə pasportlar olsun deyə həmin vaksin pasportları tətbiq etməməliyik. Bu planların ləğv edildiyini bildirməkdən məmnunam", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, İngiltərədə vaksin pasportlarının tətbiqi planı ayın sonunda qüvvəyə minməli idi.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan